Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

11:59 - 2 May 2024

Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxs İkinci Qarabağ müharibəsi qazisidir. O, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin