Hind əsilli milyarder 25 milyon dollarlıq toy etdi - FOTOLAR

12:24 - 6 May 2024

Hind əsilli milyarder 25 milyon dollarlıq toy etdi - FOTOLAR

İngiltərədə fəaliyyət göstərən "Pretty Little Thing" onlayn moda alış-veriş platformasının qurucusu hind əsilli milyarder Umar Kamani evlənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, milyarder Nada Adellə adlı xanımla ailə qurub. Fransanın cənubunda keçirilən toy dörd gün davam edib.

Toy mərasiminin keçirildiyi dünyaca məşhur lüks Hotel du Cap-Eden-Rocda qonaqlar qəbul edilib.

Toy 25 milyon dollara başa gəlib. Toy günü gəlin Christian Dior moda evinin 540 saat ərzində tikdiyi xüsusi dizaynlı gəlinlik, bəy isə Tom Ford smokin  geyinib.

Səhnəyə amerikalı müğənni Mariah Carey və əfsanəvi italyan tenor Andrea Bocelli çıxıb.

Mərasimdə cütlük supermodel Naomi Kempbell, Qırmızı Dəniz Film Festivalı Fondunun baş direktoru Məhəmməd Əl Turki və keçmiş futbolçu Rio Ferdinand kimi məşhurlar dostlarını tək qoymayıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin