İkiqat Avropa çempionu müharibədə öldü - FOTO

18:23 - 6 May 2024

İkiqat Avropa çempionu müharibədə öldü - FOTO

Mayın 5-də ukraynalı idmançı, olimpiada iştirakçısı Aleksandr Peleşenko cəbhədə həlak olub. 


Manset.az xəbər verir ki, 30 yaşlı idmançı Rusiya işğalının ilk günlərindən Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub. 

Onun ölümünü Ukrayna Ağır Atletika Federasiyası və Milli Olimpiya Komitəsi təsdiqləyib.

Aleksandr Peleşenko Luqansk vilayətinin Petrovo-Krasnoselye şəhərində anadan olub. İndi onun doğma şəhəri Rusiyanın işğalı altındadır.

"Dünən Aleksandrın ölümü ilə bağlı kədərli xəbər gəldi. Olimpiya ailəsi idmançının ailəsinə, dostlarına və ailəsinə dərin hüznlə başsağlığı verir", deyə Ukrayna Milli Olimpiya Komitəsinin bəyanatında deyilir.

Qeyd edək ki, Aleksandr Peleşenko atletika üzrə ikiqat Avropa çempionudur (2016 və 2017)

Jalə

Manşet.az



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin