XİN-dən Atatürkü Anma, Gənclik və Sport Bayramı ilə bağlı paylaşım - FOTO
19 May 2024
10:12 - 7 May 2024
Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix - 2024”) beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.
Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.
Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.
Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.
“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin