Bakıda hoteldə zəhərlənənlərin SON DURUMU – RƏSMİ

15:19 - 7 May 2024

Bakıda hoteldə zəhərlənənlərin SON DURUMU – RƏSMİ

Bakıdakı hotellərin birində zəhərlənlərdən ikisinin vəziyyəti ağır-stabildir.
 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd verib.


O bildirib ki, hazırda onlara tibbi müdaxilələr davam etdirilir:

“İki nəfər – Xəzər Cabbarlı və Nicat Cabbarlı zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir”.

Xəstəxana rəsmisinin sözlərinə görə onların hansı qidadan zəhərləndikləri müəyyən olunmayıb. 

Xatırladaq ki, Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində zəhərlənmə hadisəsi baş verib. Bakupost.az-ın məlumatına görə, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin