logo
logo logo
logo

Bakının bəzi ərazilərində işıq olmayacaq 

09:10 - 12 Oktyabr 2026

Bakının bəzi ərazilərində işıq olmayacaq 

Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E.Ağayev, Ə.Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az