logo
logo logo
logo

Rusiyanın Ukraynaya hava zərbələrində 6 nəfər həlak oldu

23:52 - 11 Oktyabr 2026

Rusiyanın Ukraynaya hava zərbələrində 6 nəfər həlak oldu

Ukraynanın Xarkov və İvano-Frankivsk vilayətlərinə Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 6 nəfər ölüb, daha 9 nəfər yaralanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələri məlumat veriblər.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, oktyabrın 11-də axşam saatlarında Rusiya qüvvələri Xarkov şəhərinin ətrafına raket zərbəsi endirib. Raket ərzaq mağazasının binasına düşüb və ərazidə yanğın baş verib. Yanğın 300 kvadratmetr sahədə lokallaşdırılıb. Mağazanın binasına, 5 avtomobilə, 2 çoxmənzilli yaşayış binasına və 1 fərdi evə ziyan dəyib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar arasında 3 uşaq da var.

Bundan başqa, İvano-Frankivsk şəhəri də Rusiya dronlarının hücumuna məruz qalıb. Vilayət Hərbi Administrasiyasının rəhbəri Svetlana Onişukun məlumatına görə, ilkin olaraq 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilmişdi.

Daha sonra yaralı xəstəxanada vəfat edib və nəticədə ölənlərin sayı 3 nəfərə çatıb. İvano-Frankivsk şəhərinin meri Ruslan Martsinkiv mülki infrastruktura ziyan dəydiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az