logo
logo logo
logo

Türkiyədə dəhşətli qəza - 11 nəfər öldü

14:24 - 11 Oktyabr 2026

Türkiyədə dəhşətli qəza - 11 nəfər öldü

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda tur avtobusu ilə evakuatorun toqquşması nəticəsində qəza baş verib.


Manset.az TRT Haber-ə istinadla xəbər verir ki, qəzada 11 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Gebze-Orhangazi-İzmir magistral yolunun Akhisar keçid məntəqəsi yaxınlığında qeydə alınıb. Faciə barədə məlumat daxil olan kimi əraziyə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə və polis briqadaları cəlb edilib.

“Saat 11:11-də Akhisar magistralının girişi yaxınlığında Bursadan İzmir istiqamətinə hərəkət edən tur avtobusu və evakuatorun toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal xilasetmə və tibb heyəti yönləndirilib. Qəza nəticəsində 11 vətəndaşımız həlak olub, 27 vətəndaşımız yaralanıb. Xəsarət alanların təcili olaraq xəstəxanalara evakuasiyası təmin edilib”, – deyə Manisa Valiliyindən verilən rəsmi bəyanatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az