logo
logo logo
logo

"ABŞ bəzi şərtlərimizi qəbul etdi amma bu azdır" - İran

10:20 - 12 Oktyabr 2026

\"ABŞ bəzi şərtlərimizi qəbul etdi amma bu azdır\" - İran

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-nin İranın irəli sürdüyü yeddi şərtdən bəzilərini qəbul etdiyini, lakin Vaşinqtonun cavabını qənaətbəxş hesab etmədiklərini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi sosial şəbəkə hesabında ABŞ ilə yaranmış gərginliklə bağlı açıqlama verib.

İranı fəth etmək xülyasına qapılan ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən aldadıldığını və nəticədə bəşər tarixinin ən “ağılsız” müharibələrindən birinə başladığını bildirən Rzayi deyib: “İndi isə ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını yenidən açmağa nail ola bilmədikdən sonra qaçaqmalçılığa əl atıb. ABŞ ordusu heç vaxt bu qədər rüsvayçı vəziyyətə düşməyib”.

İranın müharibəyə son qoymaq məqsədilə irəli sürdüyü şərtlərin bir qisminin Vaşinqton administrasiyası tərəfindən qəbul edildiyini bildirən Rzayi vurğulayıb: “ABŞ İranın yeddi şərtindən bəzilərini qəbul edib, lakin biz bu cavabı yetərli hesab etmirik. İranın diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıdış olmayacaq”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az