Azərbaycan Kubokunun qalibi bəlli oldu

17:42 - 7 May 2024

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.

 

Manset.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin