Zəhərlənənlərdən 15-i uşaqdır - YENİLƏNDİ

10:38 - 8 May 2024

Zəhərlənənlərdən 15-i uşaqdır - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

Manset.az xəbər verir ki, hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb:

“Mayın 7-si saat 17:40-dan başlayaraq  zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. 

Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”.

***

Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Qeyd edək ki, daha öncəki məlumatda zəhərlənənlərin sayının 15 olduğu bildirilirdi.

***

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 25 nəfəri keçib.

Manset.az xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq qidadan zəhərlənmə şübhəsi ilə 25 nəfərdən artıq şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir.

21:46

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - məlumatda qeyd olunub.

20:48

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

Manset.az  xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb. ("Report")


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin