Yoxsulluqdan əziyyət çəkən ölkədə şagirdlər məzun gününə lüks avtomobil və vertolyotla qatıldı - FOTO

10:05 - 8 May 2024

Yoxsulluqdan əziyyət çəkən ölkədə şagirdlər məzun gününə lüks avtomobil və vertolyotla qatıldı - FOTO

Dünyanın ən kasıb ölkələrindən biri olan Uqandada şagirdlərin lüks  avtomobilləri və hətta helikopterləri ilə qatıldığı dəbdəbəli bir məktəb balosu keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu vəziyyət ölkədə yoxsulluqla mübarizə aparanlarla dəbdəbəli yaşayanlar arasındakı uçurumu ortaya qoyub.

Beləki, Uqandada adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) 964 dollar olması və əhalinin yalnız 8%-nin evində santexnika olması ölkədəki gəlir bərabərsizliyini göstərmək üçün kifayət edir.

Uqandada qeydə alınan görüntülər insanların bir hissəsinin yoxsulluqla necə mübarizə apardığını, digər hissəsinin isə təmtəraq və zənginlik içində yaşadığını göstərib.

Elit liseyi bitirən məzunların məktəb balosuna gəlməsinin videosu internetdə qəzəb doğurub.

Ali təhsil üzrə dövlət naziri Con Krisostom Muyinqo, son vaxtlar ictimaiyyətin diqqətini cəlb edən Entebbe şəhərindəki Elite Liseyi tələbələrinin ekstremizm nümayiş etdirməsindən narazılığını ifadə edib.

İnternetdə yayılan hadisəni şərh edən nazir Muyinqo ölkənin məhdud resurslarla mübarizə apardığı bir vaxtda bu cür israfçılığın lazımsız olduğunu bildirib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin