Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
12:12 - 8 May 2024
ABŞ-da dünən axşam saatlarında Miçiqan ştatını vuran tufan və tornado dağıntılara səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Portage şəhərində FedEx karqo şirkətinə məxsus anbarın damı və bir hissəsi uçub.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada anbarın çökməsi nəticəsində 50 nəfərin qapalı qaldığı, qrupların axtarış-xilasetmə əməliyyatına başladığı qeyd edilib.
Elektrik naqilləri və dağıntılar səbəbindən qrupların sıxışanlara çatmasının çətin olduğu bildirilib.
Minlərlə insana fırtına xəbərdarlığının edildiyi bölgədə 32 mindən çox insanın işıqsız qaldığı açıqlanıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin