Makron və Xi-dən Alp dağlarına səyahət: Məqsəd Çini Rusiyadan uzaqlaşdırmaqdırmı? - FOTO

12:58 - 8 May 2024

Makron və Xi-dən Alp dağlarına səyahət: Məqsəd Çini Rusiyadan uzaqlaşdırmaqdırmı? - FOTO

Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Xi Cinpin və xanımı Penq Liyuanla birlikdə Alp dağlarına səfər edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Makronun dəvəti ilə Alp dağlarında bir gecə qalan liderlər burada Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə edib.

"Sciences Po Universiteti"nin beynəlxalq əlaqələr üzrə eksperti Bertrand Badie Makronun Çini Rusiyadan uzaqlaşdırmağa çalışdığını iddia edib.

Badie açıqlamasında, "Emmanuel Makronun diplomatiyası həmişə, bəlkə də həddindən artıq dərəcədə başdan çıxarma, şirnikləndirmə gücünə arxalanır" deyib.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin