Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO
19 May 2024
15:07 - 8 May 2024
ABŞ-ın Florida ştatında yaşayan Randall Smit 1989-cu ildə Microsoft Word proqramının o vaxtkı versiyasından necə istifadə olunacağını izah edən 1 saat 47 dəqiqəlik video çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Randall Smit keçən il heç tanımadığı bir şəxsdən onun rahat yatmasına kömək etdiyinə görə təşəkkür edən bir mesaj alıb.
Aldığı mesajdan təəccüblənən Smit araşdırmasında 35 il əvvəl çəkdiyi videonun 10 il əvvəl YouTube-a yükləndiyini öyrənib.
İnsanlar Smitin səs tonunun monotonluğu, yeknəsəkliyi səbəbindən onu yatmaq üçün izlədiyini öyrənib.
Qeyd edək ki, videoya bu günə kimi 3,2 milyon dəfə baxılıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin