Kral Çarlz kiçik oğlu ilə görüşmədi - Uilyama yeni səlahiyyət verildi

16:39 - 8 May 2024

Kral Çarlz kiçik oğlu ilə görüşmədi - Uilyama yeni səlahiyyət verildi

Bukingem Sarayı, Kral Çarlzın gələn həftə keçiriləcək mərasimdə Şahzadə Uilyamı Şahzadə Harrinin əvvəllər xidmət etdiyi Ordu Hava Korpusunun polkovniki təyin edəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərar, Kralın İngiltərədəki İnvictusa səfəri zamanı kiçik oğlunun hersoqla görüşə bilməyəcəyini elan etməsindən bir neçə saat sonra verilib.

Beləki, Kral 31 ildir üzərinə götürdüyü bu vəzifəni böyük oğluna ötürür.

Kralın dünən bir neçə saat ərzində Harri ilə bağlı mühüm qərarlar verməsi diqqət çəkib.

Şahzadə Uilyamın yeni səlahiyyətləri ilə bağlı açıqlama verildikdən az sonra mərasimin Ordu Aviasiya Mərkəzində baş tutacağı, Uilyamın brifinq alacağı və məşqi izləyəcəyi bildirilib.

Bundan əlavə, Uilyam Apache helikopterini idarə edəcək.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin