Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yeniləndi

17:37 - 8 May 2024

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yeniləndi

Əqli Mülkiyyət Agentliyi tərəfindən şəffaflığın və əlçatanlığın təmin olunması sahəsində həyata keçirilən tədbirlər davam etdirilir.

Artıq xəbər verdiyimiz kimi, bir müddət əvvəl Agentliyin hazırladığı Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri (“Açıq reyestr”) istfadəyə verilmişdir. Bu vaxtadək “Açıq reyestr”ə ixtiralar və faydalı modellər haqqında məlumatlar daxil edilib.

İndi isə görülmüş son yenilənmə işlərindən sonra sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə məlumatlar da “Açıq reyestr”ə daxil edilib.

Artıq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində qeyd olunan bütün sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı haqqında məlumatlar üzrə axtarış aparılması mümkündür. Hər bir kəs “Açıq reyestr”ə sərbəst daxil olaraq sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə bilər.

Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrinə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin internet səhifəsindən (https://copat.gov.az/) və ya birbaşa https://reyestr.copat.az/ linkindən istifadə etmək mümkündür.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin