Almaniyada nazirə hücum olundu

17:40 - 8 May 2024

Almaniyada nazirə hücum olundu

Almaniyanın Berlin əyalətinin iqtisadiyyat naziri Franziska Giffininə kitabxanada naməlum şəxsin hücum edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı Giffinin baş və boyun nayihəsindən yüngül xəsarət alıb.

Berlin polisinin verdiyi açıqlamaya görə, dünən Rudov səmtindəki Alt-Rudov küçəsindəki kitabxanada bir şəxs Sosial Demokrat Partiyasının (SPD) naziri Giffinin baş və boynuna içərisində bərk əşya olan çanta ilə zərbələr endirib.

Hücum edən şəxs hadisə yerindən qaçıb. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, mayın 3-də Almaniyada SPD Avropa Parlamentinin (AP) üzvü Matias Ekke Saksoniyanın Drezden şəhərində sağçı ekstremistin hücumu nəticəsində ağır yaralanıb.

Jalə

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin