Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
18:05 - 8 May 2024
"Apple"ın üzərində işlədiyi və bizdən gizlətdiyi məhsullar ola bilər
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple-ın dünən axşam təqdim etdiyi OLED ekranlı iPad Pro modeli Tesla və SpaceX-in rəhbəri İlon Musk müzakirə edib.
Maskın sözlərinə görə, Apple-ın nəzərdən keçirdiyi yeni iPad Pro modeli Ar-Ge xərclərini şübhə altına alıb və bu xərclərini gizli məhsullar üçün istifadə edilib.
Bəs İlon Maskın bu səsləndirdiyi sözlərin səbəbi nədir?
2024-cü il istehsalı iPad Pro (11 düym) modelinin qalınlığı 5,3 mm-dir. Əvvəlki nəsil iPad Pro-nun qalınlığı 5,9 mm-dir. Beləliklə, iki il ərzində planşet cəmi 0,6 mm nazikləşib.
İlon Musk da bu yazıdan sitat gətirib və Apple-ın Ar-Ge xərclərini şübhə altına alaraq, bildirib ki, bu, çox puldur. Ola bilsin ki, bəzi gizli məhsullar hazırlanıb..
Təbii ki, ortada bir “gizli məhsul” varsa, bizim onu anlamağımız mümkün deyil. Bununla belə, şirkətin hələ sınaq mərhələsində olan cihazları, yeni texnologiyaları ola bilər.
Məsələn, keçən il təqdim edilən Apple Vision Pro, o vaxta qədər şirkətin gizli saxladığı (müxtəlif sızıntılar olsa da) məhsul idi. Hazırda şirkətin qatlana bilən model üzərində işlədiyi və bu cihazın 2026-cı ilə qədər buraxılmayacağı bildirilir.
O zaman İlon Maskın iddiasının nə doğru, nə də yalan olduğunu söyləmək mümkün deyil.
How it started How it’s going pic.twitter.com/KoocHQr7bi — Trung Phan (@TrungTPhan) May 7, 2024
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin