"Çin Serbiyanı dəstəkləyir" - Su Cinpin

18:10 - 8 May 2024

"Çin Kosovo məsələsində ölkənin ərazi bütövlüyünü qorumaq üçün Serbiya hökumətini dəstəkləyir".

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Çin prezidenti Si Cinpin birgə sənədlərin imzalanmasından sonra serbiyalı həmkarı Aleksandr Vuçiç ilə birgə mətbuat konfransında deyib.

Si Cinpin bildirib ki, Çin Serbiyanın müstəqilliyini qorumaqla yanaşı, onun milli maraqlarına uyğun inkişaf yolu tutmasını da dəstəkləyir. Bundan əlavə Serbiyanın Kosovo məsələsində də öz suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyir.

Qeyd edək ki, Si Cinpin mayın 7-8-də Serbiyaya dövlət səfəri çərçivəsində gedib.

Jalə

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin