Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
00:48 - 9 May 2024
"Apple" kompüterlərinin istifadəçiləri cihazlarının ekran şəkillərini çəkən virusla qarşılaşıblar.
Manset.az oxu.az-a istinadən bildirir ki, Kandji" şirkətinin analitikləri bu virusun istifadə edildiyi kiberhücumlardan danışıblar.
"Cuckoo" zərərli proqram təminatı əsasən "Spotify" striminq xidmətinin istifadəçiləri üçün nəzərdə tutulmuş "DumpMedia Spotify Music" tətbiqi vasitəsilə yayılıb.
Məlum olub ki, tətbiqi yüklədikdən sonra təhlükəli virus istifadəçilərin bəzi məlumatlarını nüsxələyib. Belə ki, o, kompüter haqqında məlumat toplayıb, "Notes", "Telegram", "Discord" kimi bir sıra tətbiqlərdən məlumat ötürüb. "Cuckoo" həmçinin kompüter ekranının skrinşotlarını da çəkərək dələduzlara göndərib.
"Kandji" mütəxəssisləri virus tətbiqinin həm "Intel" prosessorları ilə işləyən köhnə "Mac" kompüterlərinin, həm də "Apple Silicon" çipləri ilə işləyən yeni modellərin istifadəçiləri arasında yayıldığını qeyd ediblər. Mütəxəssislər ehtiyat tədbiri olaraq naməlum mənbələrdən proqramları yükləməməyi tövsiyə ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin