“WhatsApp”da daha bir YENİLİK

09:56 - 9 May 2024

“WhatsApp”da daha bir YENİLİK

“WhatsApp” mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.

 

Manset.az xəbər verir ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

Məlumata görə, yenilik “WhatsApp” mesencerinin “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin