Azərbaycanda DƏHŞƏT: 12 yaşlı uşağı ilan sancıb

13:18 - 9 May 2024

Azərbaycanda DƏHŞƏT: 12 yaşlı uşağı ilan sancıb

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda həyatı təhlükə yoxdur.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin