Tolik aparıcıları ifşa etdi: “Kasıb insanları...”

17:58 - 9 May 2024

Tolik aparıcıları ifşa etdi: “Kasıb insanları...”

Sözüm bəzi aparıcılaradır. Sosial şəbəkədə gördüyünüz kasıb təbəqənin insanlarına efirə dəvət edib, öz aləminizdə onları alçaltmaq istəyirsiniz".

 

Manset.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix (Tolik) Əliyev İnstaqramda video paylaşaraq ad çəkmədən aparıcıları tənqid edib:

"Həmin insanlara deyirsiniz ki, televiziyaya öz icra etdiyin işlə çıx və sair. Əgər bunu yaxşılıq etmək üçün edirsinizsə edin, amma bir insanı dəvət edib, onun qəlbinə toxunacaqsınızsa, o zaman Allah qəlbinizə görə versin. Bəsdirin, yalandan özünüzü cəmiyyətə mərhəmətli göstərib, camaatın uşağını efirə çıxarıb, efirdən əvvəl filan şeyi et və sair deyib, onu yazıq kimi göstərdiniz! Çünki yazıq özünüzsünüz! Sizi bu gün televiziyadan qovsalar, sabah heç yerdə adınız olmayacaq. Amma o insanlar yenə də öz əziyyəti ilə çörək pulunu qazanacaq. Vicdan yaxşı keyfiyyətdir. Amma o hər kəsdə də yoxdur. Həmin aparıcılara deyirəm ki, ayıb olsun. Ünvanlıdır".(Teleqraf.com)


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin