İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
20 May 2024
10:48 - 10 May 2024
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Bakı buxtasında yelkənli qayıqların paradı təşkil olunub.
Manset.az xəbər verir ki, parad zamanı yelkənçilər üzərində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar olan qayıqlarla Xəzər dənizinə açılıblar. Onlar dənizdə olduqları iki saat ərzində həm paytaxt sakinləri, həm də turistlərdə böyük maraq yaradıblar.
ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Optimist” sinifi üzrə yelkənçilərinin iştirakı ilə baş tutan parada Klubun direktoru Tatyana Serebnaya rəhbərlik edib.
Paraddan hazırlanmış videonu təqdim edirik.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin