Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
18:58 - 12 May 2024
Almaniya iqtisadiyyatı ixtisaslı kadr çatışmazlığı səbəbindən hər il milyardlarla avro gəlirdən məhrum olur.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, Alman İqtisadiyyatı İnstitutunun hesablamalarına əsasən, əgər bu il Almaniya müəssisələrində yetərli ixtisaslı kadrlar olsaydı, alman şirkətlərinin gəlirləri əlavə olaraq 49 milyard avro artardı.
Qeyd edilib ki, keçən il Almaniyada 570 min iş yeri vakant olub. Bu, Almaniyada müəssisələrin istehsal potensiallarını tam reallaşdırmamasına gətirib çıxarır.
Alman İqtisadiyyatı İnstitutu yaxın illərdə kadr çatışmazlığının daha da artacağını proqnozlaşdırır. Bunun nəticəsində 2027-ci ildə itiriləcək istehsal potensialı 74 milyard avro həcmində proqnozlaşdırılır. Buna görə də çıxış yol olaraq ixtisaslı miqrantların ölkəyə cəlb edilməsi vacib sayılır. Eyni zamanda əmək fəaliyyəti üçün yaş həddinin artırılması da məqsədəuyğun sayılır, müəssisələrə yaşlı və təcrübəli əməkdaşlarını işdə saxlamaq üçün cəlbedici təkliflər təqdim etmək təklif olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin