İsraili dəstəkləyən aktyor universitetin məzuniyyət mərasimində etirazla qarşılandı

10:29 - 13 May 2024

İsraili dəstəkləyən aktyor universitetin məzuniyyət mərasimində etirazla qarşılandı

ABŞ-ın Şimali Karolina ştatındakı Duke Universitetinin buraxılış mərasiminə qonaq kimi qatılan komediya aktyoru Cerri Seynfeld İsrailə verdiyi dəstəyə görə tələbələrin etirazına səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, amerikalı komediya ustası Seynfeldin çıxışı zamanı bəzi tələbələr Fələstin bayrağı qaldıraraq “Fələstinə azadlıq” şüarları səsləndirib və mərasim meydanını tərk ediblər.

Seynfeld etiraza baxmayaraq çıxışını bitirib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin