Hakan Fidan amerikalı həmkarı ilə DANIŞDI

17:36 - 15 May 2024

Hakan Fidan  amerikalı həmkarı ilə DANIŞDI

Türkiyə Xarici İşlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyət müzakirə edilib.

Bölgəyə humanitar yardımların çatması qarşısındakı maneələrin aradan qaldırılması lazım olduğunu vurğulayan nazir Fidan İsrailin Rəfaha hücumunun qəbuledilməz olduğunu bildirib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin