2 nəfəri qanunsuz işlədən şirkət böyük məbləğdə cərimələndi

12:19 - 17 May 2024

2 nəfəri qanunsuz işlədən şirkət böyük məbləğdə cərimələndi

“Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qazax Rayon Prokurorluğunda araşdırma aparılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Qazax Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki şəxsin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.


Xəbər xətti

14 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin