“Qarabağ”ın oyununda qadın hakimlər

13:10 - 17 May 2024

“Qarabağ”ın oyununda qadın hakimlər

Azərbaycan Premyer Liqasında XXXV turun təyinatları müəyyənləşib.

 

Manset.az xəbər verir ki, oyunları idarə edəcək hakimlər açıqlanıb.

Bu gün “Qarabağ”la “Turan Tovuz” arasında keçiriləcək açılış qarşılaşmasında baş hakim Cavid Cəlilovun köməkçiləri qadın referilər olacaq.

Sabah “Sabah”la “Sumqayıt” arasında baş tutacaq mərkəzi görüşdə isə İnqilab Məmmədov iş başında olacaq.

Premyer Liqa
XXXV tur
17 may

20:30. “Qarabağ” – “Turan Tovuz”

T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Cavid Cəlilov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov

18 may

17:00. “Sabah” – “Sumqayıt”

Bank Respublika Arena
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov

17:00. “Səbail” – “Neftçi”

ASCO Arena
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

17:00. “Kəpəz” – “Zirə”

Tovuz şəhər stadionu
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Emin Cəfərov

19 may

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov


Xəbər xətti

14 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin