Meyiti zirzəmidən tapılan Könülün ailəsində DAHA BİR İTKİ

22:09 - 17 May 2024

Meyiti zirzəmidən tapılan Könülün ailəsində DAHA BİR İTKİ

İtkin düşən və bu günlərdə Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın ailəsinə daha bir itki üz verib.

 

Manset.az  xəbər verir ki, Könül Ağayevanın nənəsi Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, Könül Ağayeva bu il martın 2-də itkin düşmüşdü. Mayın 14-də Könülün meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkar edilib. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb. ///bakupost.az


Xəbər xətti

25 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin