Rusiya Beloqorovkanı azad etdi

18:00 - 20 May 2024

Rusiya Beloqorovkanı azad etdi

“Rusiya Cənub Hərbi Qrupunun birlikləri aktiv hərəkətlər nəticəsində Luqansk Xalq Respublikasının Beloqorovka (Biloqorivka) qəsəbəsini bütünlüklə azad edərək, bütün mövqeləri əldə edib.”

 

 Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin nazirlikdən verilən məlumatda dünəndən etibarən Ukrayna ordusuna aid 45 pilotsuz uçuş aparatı (PUA) vurululub.

“Hərbi əməliyyat başlayandan indiyədək 601 təyyarə, 274 helikopter, 24 min 419 PUA, 523 hava hücumundan müdafiə raket sistemi, 16 min 97 tank və zirehli texnika, 1304 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 9 min 700 haubitsa və minaatan, 843 Ukrayna ordusuna məxsus   hərbi maşın məhv edilib"- Rusiya hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı məlumatda qeyd edilib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin