Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı bilindi

19:00 - 20 May 2024

Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı bilindi

Futbol üzrə Azərbaycan I, II və Region Liqasında pley-off oyunlarının vaxtı bəlli olub.

 

Manset.az  PFL-in saytına istinadən xəbər verir ki, ilk oyunlar mayın 28-29-na təsadüf edəcək.

Cavab qarşılaşmaları isə iyunun 4-5-də oynanılacaq.

Qeyd edək ki, 2024/2025 mövsümündə I Liqaya vəsiqə uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər. Bununla əlaqədar mayın 25-i saat 15:00-da AFFA-nın inzibati binasında iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.

1 və 2-ci Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 4 iyun

2-ci Liqa və Region Riqası

İlk oyun: 29 may

Cavab oyunu: 5 iyun


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin