İlham Əliyev Ərdoğanla telefonla danışdı

20:40 - 20 May 2024

İlham Əliyev Ərdoğanla telefonla danışdı

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Manset.az  xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.

Türkiyə lideri söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin müsbət irəliləyişindən məmnunluğunu ifadə edərək, Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Ərdoğan bölgədə ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, həm də bölgə ölkələri üçün yeni bir ab-hava gətirəcəyini vurğulayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin