Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
12:45 - 21 May 2024
Məlum olduğu kimi, 1 aprel 2021-ci il tarixindən etibarən Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta sahəsində maarifləndirmə işini həyata keçirir.
Manset.az xəbər verir ki, Agentliyin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva və həmin şöbənin əməkdaşı Emil Lətifov Əqi Mülkiyyət Agentliyinin kollektivinə təlim keçiblər. Onlar təlimdə icbari tibbi sığorta haqqında ümumi məlumat, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, icbari tibbi sığorta haqları, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı və bu kimi mövzular haqqında ətraflı məlumat veriblər.
Tədbirin sonunda Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının mövzuya dair sualları cavablandırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin