Təyyarə türbülansa düşdü - Ölən və yaralılar var

15:20 - 21 May 2024

Təyyarə türbülansa düşdü - Ölən və yaralılar var

Londondan Sinqapura uçan “Singapore Airlines” aviaşirkətinə məxsus təyyarə güclü türbülansa düşüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı aviaşirkət öz feysbuk hesabında yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb. 

Ümumilikdə təyyarənin göyərtəsində 211 sərnişin və 18 ekipaj üzvü olub. 

Həlak olanın milli mənsubiyyəti, eləcə də sərnişin, yaxud ekipaj üzvü olması açıqlanmayıb.


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin