Mərhum Xalq artistinin reanimasiyaya yerləşdirilən xanımının son vəziyyəti AÇIQLANDI

20:40 - 21 May 2024

Mərhum Xalq artistinin reanimasiyaya yerləşdirilən xanımının son vəziyyəti AÇIQLANDI

"Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağır-stabil qiymətləndirilir".

 

Manset.az  xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O qeyd edib ki, xəstə qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib.

"Müayinələrdən keçirilib, müalicələri davam etdirilir. Hemodinamikası stabildir, müsbət dinamika müşahidə edilir. Xəstənin ümumi vəziyyəti ağır-stabildir", - deyə R.Məmməd bildirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin