Paytaxtda unikal piyada körpüsü inşa edilir - VİDEO/FOTO

13:25 - 22 May 2024

Paytaxtda unikal piyada körpüsü inşa edilir - VİDEO/FOTO

“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilir.

 

Manset.az xəbər verir ki, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə “asılacaq”.

Piyada körpüsünün qabariti Q-(7,20÷13,18) m-dir.

İşlər keyfiyyətli tikinti və dizayn materiallardan istifadə olunaraq icra edilir.

Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsaslında aparılır. 

Körpünün layihələndirməsində yerli mühəndislərlə bərabər Almaniyanın "Werner Sobek AG" şirkəti, memarlıq həlləri isə dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti tərəfindən işlənilmişdir.

Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.



Xəbər xətti

24 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin