Murad Dadaşov icra başçısının bacanağını işdən çıxardı - YENİ TƏYİNAT

11:49 - 23 May 2024

Murad Dadaşov icra başçısının bacanağını işdən çıxardı - YENİ TƏYİNAT

"Xəzər" televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın Baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib. 

Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla "M Group Production"da bir yerdə çalışıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq mühafizə orqanlarında çalışıb. O, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır. 

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin