Gürcüstanın Hərbi Polis rəisi Azərbaycana gəldi

19:07 - 23 May 2024

Gürcüstanın Hərbi Polis rəisi Azərbaycana gəldi

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Gürcüstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

 

Manset.az  MN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Hərbi Polis İdarəsində keçirilən görüşdə qonaqları salamlayan Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyev onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib. Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra qonaqlara Hərbi Polis İdarəsinin fəaliyyəti haqqında brifinq təqdim olunub.

Göstərilən səmimi qonaqpərvərliyə görə gürcüstanlı nümayəndə heyəti təşəkkürünü bildirib.



Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin