Sürət qatarının hərəkəti bərpa edildi

09:43 - 24 May 2024

Sürət qatarının hərəkəti bərpa edildi

Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

 

Manset.az report-a istinadən xəbər verir ki, qatar aşağı sürətlə Bakı istiqamətində hərəkət edir.

Bələdçilər texniki problemin aradan qaldırıldığını elan ediblər.

08:42

Bakı-Sumqayıt-Bakı sürət qatarı texniki nasazlıq səbəbindən yolda dayanıb.

Manset.az report-a istinadən xəbər verir ki, nasazlıq qrafik üzrə Xırdalan dəmiryol stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Hazırda qatarın nə zaman hərəkət edəcəyi bilinmir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin