Anar Quliyev Qazaxda vətəndaşları qəbul edib - FOTOLAR

12:51 - 24 May 2024

Anar Quliyev Qazaxda vətəndaşları qəbul edib - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu mayın 23-də Qazax şəhərində keçirib.

 

Manset.az-a bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Sonra Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayon sakinlərini qəbul edən Anar Quliyev vətəndaşların əsasən layihələndirmə, tikintiyə icazə icraatı ilə bağlı suallarını cavablandırıb. Qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib, digərlərinin həllinə dair aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Komitə sədri Anar Quliyev həmçinin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb.

Görüş zamanı Qazax şəhərinin Baş Planının icra vəziyyəti, həyata keçirilən layihələr, habelə sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş növbəti addımlar müzakirə edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin