Dövlət Miqrasiya Xidmətində Moldovanın daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi

12:42 - 25 May 2024

Dövlət Miqrasiya Xidmətində Moldovanın daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Moldovanın daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Dövlət Miqrasiya Xidmətindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, xidmət rəisi ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. 2007-ci ildə imzlanan “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edən Xidmət rəisi illər ərzində qurulmuş səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

 

Vüsal Hüseynov Azərbaycanda miqrasiya idarəetmə sistemi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin idarəolunmasında tətbiq edilən yeniliklər, miqrasiya məsələləri üzrə potensialın artırılması istiqmətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

 

Xidmət rəisi miqrasiya proseslərinin daha səmərəli tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq orqanları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətindən danışıb. Xüsusilə Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə həyata keçirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində reallaşdırılan təlimlərin regionda miqrasiya sahəsində təhsil və təlim prosesinə, bu sahədə mütəxəssislərin hazırlanmasına töhfəsini qeyd edib. Həmçinin layihədə Moldovanın fəal iştirakını və bu istiqamətdə əməkdaşlığın daha da gücləndirilməsini yüksək qiymətləndirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin