Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu oldu

14:55 - 25 May 2024

Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu oldu

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalı qazanıb.

 

Manset.az xəbər verir ki, T13 kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, 22 yaşlı paraatletin ümumilikdə dördüncü dünya çempionluğudur. Paralimpiya çempionu yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. O, ötən il isə Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin