“Turan Tovuz” “Kəpəz”i məğlub etdi

19:31 - 26 May 2024

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi

Azərbaycan Premyer Liqasında mövsümün son turunun növbəti oyunu keçirilib.

 

Manset.az  xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 74-cü dəqiqədə Otto Con vurub.

Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Turan Tovuz" mövsümü altıncı pillədə bitirib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.

Azərbaycan Premyer Liqasının bu mövsümünə bu gün saat 19:30-da başlayacaq "Araz-Naxçıvan" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin