Avtomobili narkotikin təsiri altında idarə edən sürücü saxlanıldı

09:30 - 29 May 2024

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının İsmayıllı rayonu ərazisində keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ə.Novruzov işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.

Nəticədə Ə.Novruzovun marixuana istifadə etdiyi müəyyən edilib. Həmçinin, avtomobildə sərnişin qismində olan S.Məmmədovdan marixuana aşkar edilərək götürülüb.

Sürücü barəsində protokol tərtib olunub, S.Məmmədov isə maddi sübutla birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin