logo
logo logo
logo

Güclü qar uçqunu - 10 alpinist itkin düşdü

16:26 - 31 İyul 2026

Güclü qar uçqunu - 10 alpinist itkin düşdü

Pakistanın Karakorum dağ silsiləsində yerləşən Broad Pik zirvəsində baş verən qar uçqunu nəticəsində tanınmış nepallı alpinist Nirmal Purcanın rəhbərlik etdiyi 10 nəfərlik alpinist qrupundan xəbər alınmır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Alpinizm Klubunun sosial şəbəkə hesabında yayılan açıqlamada Broad Pikdə alpinistlərdən ibarət qrupa qar uçqununun baş verdiyi və hadisə ilə bağlı son dərəcə narahatedici məlumatların daxil olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, qrup ABŞ, Çin, Oman və Nepal vətəndaşlarından ibarət olub və ekspedisiyaya mükafatlı nepallı alpinist Nirmal Purca rəhbərlik edib.

Alpinistlərin tapılması üçün Pakistan hökuməti ilə birgə axtarış-xilasetmə əməliyyatının aparıldığı və bütün imkanların səfərbər edildiyi bildirilib.

Qeyd edək ki, Nirmal Purca bu ayın əvvəlində Pakistandakı Qaşerbrum II zirvəsinə əlavə oksigen istifadə etmədən qalxaraq 8 035 metr hündürlüyə 57-ci uğurlu yüksəlişini həyata keçirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az