Nazirdən BDU-da SABAH qrupları üzrə hüquqşünaslığın ləğvinə Münasibət

12:09 - 1 İyun 2024

Nazirdən BDU-da SABAH qrupları üzrə hüquqşünaslığın ləğvinə Münasibət

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində SABAH qrupları üzrə hüquqşünas ixtisasının ləğv olunmasına münasibət bildirib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir bu barədə bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, SABAH qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub: “Bir ixtisas heç vaxt iki universitetdə olmayıb. SABAH qrupunun əsas fəlsəfəsi ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplayırıq. Hesab edirəm ki, bu xəbər dünən lazım olduğundan artıq ajiotaj yaratdı. SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyni adlı ixtisasın bağlanması demək deyil. Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək.

Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin