Qəbələdə 30 yaşlı kişi itkin düşdü

19:04 - 1 İyun 2024

Qəbələdə 30 yaşlı kişi itkin düşdü

Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Hümbətov Elmin Firidun oğlu mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 169 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin