Naxçıvanda restoranda ofisiant işləyən qadın bıçaqlandı

00:06 - 2 İyun 2024

Naxçıvanda restoranda ofisiant işləyən qadın bıçaqlandı

Naxçıvanda restoranda ofisiant işləyən qadın bıçaqlanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi çalışan Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyeva Nərmin Musa qızı bıçaqlanıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta ağırdır.

İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub.

Hadisəni törədən Karaca Burhan Mustafa Oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin